“ALCO” MMC Azərbaycan Respublikasında ən müasir alman texnologiyası ilə sürtkü yağları və texniki mayelərin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar "Made in Azerbaijan" nişanı ilə 50-dən çox ölkəyə ixrac olunur.
Vəzifə: Logistika mütəxəssisi
Vəzifə öhdəlikləri:
• Beynəlxalq və yerli yük daşımalarının təşkili və koordinasiyasını həyata keçirmək;
• Şirkətin logistika fəaliyyətinin müvafiq qanunvericilik aktlarının (yerli və beynəlxalq) tələblərinə uyğunluğunu təmin etmək;
• Logistika əməliyyatları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və risklərin minimallaşdırılması üçün tədbirlər görmək;
• Daşımaların optimal marşrutlarını müəyyənləşdirmək;
• Nəqliyyat şirkətləri ilə danışıqlar apararaq müəyyənləşdirilmiş marşrutlar üzrə qiymət təklifləri almaq və həmin şirkətlərlə müqavilə şərtlərini razılaşdırmaq;
• Yol-nəqliyyat sənədlərini hazırlamaq;
• Daşınmaların statusu ilə bağlı sorğuları cavablandırmaq;
• Daşınan yükləri izlənmək və yaranan problemlərin vaxtında aradan qaldırmaq;
• Daşınan yüklərin çatdırılma ünvanında aktla təhvil verilməsi təmin etmək;
• Görülən işlərlə bağlı dövri hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Təhsil: Ali bakalavr (iqtisadiyyat, logistika, biznesin təşkili və idarə edilməsi, menecment və digər əlaqəli sahələrdə)
Yaş həddi: 22-35
Dil bilikləri: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə
Xüsusi biliklər: “Incoterms” qaydaları
Davranış səriştələri:
• Riyazi düşüncə və analitik təhlil
• Ünsiyyət və komanda ilə işləmə;
• Problem həlletmə və detallara diqqətlə yanaşma;
• Dəqiqlik, operativlik və nəticəyönümlülük;
• Məsuliyyət və təşəbbüskarlıq.
Son müraciət tarixi: 30.10.2024-cü il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-ləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.