MENU

Rəqəmsal marketinq üzrə mütəxəssis

Rəqəmsal marketinq üzrə mütəxəssis

“ALCO” MMC Azərbaycan Respublikasında ən müasir alman texnologiyası ilə sürtkü yağları və texniki mayelərin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar "Made in Azerbaijan" nişanı ilə 50-dən çox ölkəyə ixrac olunur.
Vəzifə: Rəqəmsal marketinq üzrə mütəxəssis


Vəzifə öhdəlikləri:
• Şirkətə məxsus sosial media hesablarını idarə etmək;
• Aylıq sosial media təqvimi və həftəlik post planı hazırlamaq, müxtəlif məzmunlar yaratmaq;
• Sosial media trendləri izləmək, rəqib davranışlarını araşdırmaq və nəticələri şirkətin məzmun strategiyasına tətbiq etmək üçün təkliflər vermək;
• Sosial media platformalarında şərhlər, mesajlar və birbaşa sorğular operativ və peşəkarcasına cavablandırmaq;
• Sosial media və “Google” reklamları yerləşdirmək, aksiyalar, kampaniyalar və müsabiqələr keçirmək;
• “Google Analytics, “Google Tag Manager”, “Google Data Studio” və digər analitik platformalardan istifadə edərək rəqəmsal marketinq kampaniyalarının performansını izləmək, ölçmək və təhlil etmək;
• Şirkətin veb səhifələrinin mütəmadi olaraq yenilənməsini təmin etmək və həftəlik bloq postları yayınlanmaq;
• İnternetdə axtarış zamanı şirkətin veb səhifələrinin önə çıxması üçün axtarış motoru optimizasiyası (SEO) həyata keçirmək;


Namizədə tələblər:
 Təhsil: Ali bakalavr (biznesin təşkili və idarə edilməsi, menecment, marketinq və digər əlaqəli sahələrdə)
 Yaş həddi: 22-35
 Dil bilikləri: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
 Texniki biliklər və bacarıqlar:
• Axtarış sistemlərinin alqoritmləri və axtarış optimizasıyasına dair biliklər;
• “Google Analytics”, “Google Tag Manager”, “Google Data Studio” və digər analitik vasitələrdən, eyni zamanda “MS Office” proqramlar toplusundan sərbəst istifadə


Davranış səriştələri:
• Yaradıcı düşüncə
• Ünsiyyət və komanda ilə işləmə;
• Problem həlletmə və detallara diqqətlə yanaşma;
• Dəqiqlik, operativlik və nəticəyönümlülük;
• Məsuliyyət və təşəbbüskarlıq.


Son müraciət tarixi: 30.10.2024-cü il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-ləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.