AMINOL — Peşəkar Sürtkü Həlləri Təchizatçısı Yüksək Performanslı Mühərrik Yağları, Sənaye Yağları, Qatlar və Avtomobil, Ağır Sənaye və İstehsalat Avadanlıqları üçün Kompleks Yağlama Sistemləri
“ALCO” MMC 5 may 2016-cı il tarixində dövlət qeydiyyatında alınmışdır. Elə həmin ildə şirkətə
Sumqayıt Kimya-Sənaye Parkının rezidenti statusu verilmişdir.
2016-cı ildən Sumqayıt Kimya-Sənaye Parkının ərazisində inşasına başlanılan “ALCO” MMC-yə
məxsus sürtkü yağları zavodu 15 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin
Sumqayıt Kimya-Sənaye Parkına səfərindən sonra fəaliyyətə başlamışdır.
Zavod Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlarla, o cümlədən tam
avtomatlaşdırılmış istehsal xətləri ilə təchiz olunmuşdur.
Eyni zamanda, “ALCO” MMC-yə ayrılmış 3.5 ha ərazidə xammal, material və hazır məhsul
ehtiyatlarının saxlanılması üçün 5 min tonluq rezervuar parkı yaradılmış, 4800 m2
-lik anbar sahəsi
inşa edilmişdir.
Qablaşdırma prosesində çevikliyi artırmaq və daxili təminatı gücləndirmək məqsədilə 2019-cü
ildə zavodda plastik qablar istehsalı sahəsi yaradılmışdır və hazırda “ALCO” MMC yüksək
keyfiyyətli plastik qablarla özünü tam şəkildə təchiz edir.
2019-cu ildən şirkətin fəaliyyət sahəsi genişləndirilmiş və texniki mayelərin istehsalına
başlanılmışdır. Bu məqsədlə zavod ərazisində illik istehsal gücü 5 min ton olan soyuducu maye -
antifiriz istehsalı sahəsi qurulmuşdur və hazırda zavodda müxtəlif antifiriz çeşidləri istehsal
olunur.
2020-ci ildən isə dizel yanacağı ilə işləyən avtomobillərin NOx emissiyasınının təsirini kimyəvi
cəhətdən azaltmaq üçün istifadə edilən xüsusi qeyri-toksik sintetik karbamid məhlulu – “AdBlue”
istehsalına başlanılmışdır.
Bununla yanaşı, zavodda ISO/IEC 17025” beynəlxalq standartının tələblərinə uyğun olaraq
akkreditə edilmiş və 30-dan artıq müasir cihazla təchiz olunmuş keyfiyyət təminatı laboratoriyası
fəaliyyət göstərir. Hazırda həmin laboratoriyada 65-dan çox göstərici üzrə sınaqlar aparılır.
2023-cü ildə zavodda performans qatqılarının istehsalı və saxlanılması, həmçinin müasir dövrün
tələblərinə uyğun olaraq ekoloji cəhətdən təmiz, bitki mənşəli bio-əsaslı yağların və mayelərin
istehsalı üçün də zəruri infrastruktur qurulmuşdur.
2024-cü ildən etibarən zavodun istehsal gücü illik 100 min tona çatdırılmışdır.
Hazırda şirkətin məhsul portfeli 1000-dən artıq unikal çeşidi özündə ehtiva edir, bir çox yeni
məhsullar isə realizasiya mərhələsindədir.
“ALCO” MMC tərəfindən istehsal olunan mühərrik yağları, müasir yük avtomobillərində minimum
100,000 km, sərnişin avtomobillərində isə minimum 30,000 km yağ dəyişmə intervalını təmin
etmək qabiliyyətinə malikdir zəmanət əsasında müştərilərə təklif olunur.
Əlavə olaraq, ən çətin istismar şəraitində belə maksimum qoruma, yanacaq səmərəliliyi və
mühərrik dayanıqlığı təmin edən “GE” təsdiqli lokomotiv yağları da dəmir yolu nəqliyyatında
performansın etibarlı zəmanəti sayılır.
Metal emalı, enerji, xüsusilə alernativ külək enejisi və istilik istehsalı, mədən və sement sənayesi,
kağız və sellüloz, tekstil, plastik və rezin emalı kimi kritik sahələrdə yüksək performanslı yağlar
vacib rol oynayır. “ALCO” MMC bu sahələrin hər birinə uyğunlaşdırılmış geniş sənaye yağları çeşidi
təklif edir. Sözügedən yağlar yüksək keyfiyyəti, sabit performansı və uzunmüddətli dayanıqlılığı
ilə sənaye avadanlıqlarının effektiv işləməsini təmin edir, texniki nasazlıqların qarşısını alır və
istismar müddətini əhəmiyyətli dərəcədə uzadır.
Beləliklə, bu gün ALCO MMC, yüksək texnoloji imkanları, geniş məhsul portfeli və beynəlxalq
bazarlara çıxış strategiyası ilə Cənubi Qafqaz və regionda sürtkü yağları və texniki mayelərin
istehsalı üzrə ixtisaslaşmış ən iri sənaye müəssisələrindən biri kimi tanınır.