Dekabr 23, 2017
Azərbaycanda daha bir sürtgü yağları istehsalçısı fəaliyyətə başlayıb.
"Marja" xəbər verir ki, söhbət Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “Alco Lubricant Company” MMC-dən gedir. 10 milyon dollar sərmayə nəticəsində ərsəyə gəlmiş Şirkətin Sürtgü Yağları Zavodunda il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub.
Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Zavodun yağları "[AMİNOL](http://www.aminol.az/)" markası ilə bazara çıxardılacaq.
Zavodun 70 növdən artıq, geniş çeşiddə olan məhsulları müxtəlif sahələr üçün nəzərdə tutulub:
Mühərrik yağları
Hidravlik yağlar
Transmissiya yağları
Sənaye yağları
Dəniz nəqliyyatı üçün yağlar
Ağır tikinti və kənd təsərrüfatı texnikası üçün yağlar
Digər sahələrdə istifadə olunan avadanlıqlar üçün nəzərdə tutulmuş sürtkü yağları və başqa sahələrdə istifadə olunan avadanlıqlar üçün nəzərdə tutulmuş sürtkü yağları.
ALCO Lubricants şirkətinin məhsullarının Türkiyə, Almaniya, Gürcüstan və digər MDB ölkələrinə ixracı nəzərdə tutulur.
Qeyd edək ki, digər tanınmış yerli sürtgü yağları brendi "Technol"dur.
Aminol sürtkü yağları zavodu 2-4 iyun tarixlərində Bakıda keçirilən "Xəzər …
Daha çoxALCO Lubrikant – Azərbaycanın aparıcı sənaye yağları istehsalçısı – ilk …
Daha çoxDəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin təşəbbüsü ilə …
Daha çox