Azərbaycandan Dünyaya Açılan Bir İstehsalçı: Aminol

Noyabr 13, 2018

Azərbaycandan Dünyaya Açılan Bir İstehsalçı: Aminol

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə açılmış Sumqayıt Kimya Sənaye Parkında qurulan və bir çox ölkəyə ixraca başlayan Aminol brendini daha yaxından tanımaq istədik. “Alco” MMC-nin İstehsalat Müdiri Emel Kuşku şirkətin quruluşu və gələcək hədəflərini bizimlə paylaşdı.

Azərbaycan mənşəli Aminol yağları sektorda adını getdikcə daha çox tanıtdırır. Aminol haqqında sizdən dinləyək.

Müəssisəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkında yerləşir. Bura sərbəst zona olduğu üçün şirkətimiz 7 il müddətinə mənfəət vergisindən, avadanlıqların idxalı zamanı gömrük rüsumlarından və bir çox digər vergilərdən azaddır.

Azərbaycanda sənayenin modernləşdiyi, nəqliyyat vasitələrinin və texnoloji avadanlıqların yeniləndiyi bir dövrdə yüksək keyfiyyətli mühərrik və sənaye yağlarına böyük ehtiyac var. Müəssisəmiz yaranan tələbatı ödəmək üçün dünyanın aparıcı qatqı və baza yağı istehsalçıları ilə əməkdaşlıq edir. Mineral yağlarımızda istifadə etdiyimiz qatqıları dünyanın ən böyük qatqı şirkətləri olan Lubrizol, Eni, Evonik, Oleon kimi şirkətlərdən alırıq.

Müəssisəmizdə çalışan əməkdaşlarımız alman və italyan mütəxəssislərdən uzun müddət təlim keçiblər. Yüksək təhsilli və təcrübəli heyətimiz sayəsində zavodun mühəndislik işləri və avadanlıqların istehsalı Almaniyanın “Fluid Solutions GmbH” şirkəti tərəfindən həyata keçirilib. İstehsal etdiyimiz yağlar bu sektorda dünyanın ən yaxşılarından biri olan OCME şirkətindən aldığımız avtomatik qablaşdırma avadanlıqlarında qablaşdırılır.

Müəssisənin istehsal gücü nə qədərdir? Burada hansı məhsulları istehsal edirsiniz?

Müəssisəmizin illik istehsal gücü 30.000 tondur. Zavodumuzda istehsal olunan əsas məhsullar avtomobil və sənaye yağlarıdır. Sənaye yağları bölməsinə ağır və yüngül sənaye maşınlarında istifadə olunan yağlar, gəmi yağları, hidravlik yağlar və kompressor yağları daxildir. Beynəlxalq təsdiqlərlə istehsal olunan məhsullarımız bütün avtomobil markaları tərəfindən istifadə oluna biləcək standartlara cavab verir.

Bu zavoddan hansı ölkələrə ixrac həyata keçirirsiniz? İxrac rəqəmləriniz barədə də danışa bilərsinizmi?

Zavodumuz qısa müddət əvvəl ixraca başlayıb. Hazırda aylıq orta hesabla 500 ton ixracatımız var. 2018-ci ilin dekabr ayından etibarən bu rəqəmi ayda 1000 tona çatdırmağı hədəfləyirik.

Əsas ixrac bazarlarımız Avropa ölkələri, Ukrayna, Gürcüstan, Rusiya, Özbəkistan və Afrika ölkələridir. Hazırda ixracatda əsas hədəfimiz istehsal olunan məhsulun bir hissəsini Türkiyəyə ixrac etməkdir.

Neft istehsalı sahəsində dünyada mühüm yer tutan Azərbaycanda mineral yağ istehsalçısı olmağın hər hansı bir üstünlüyü və ya mənfi cəhəti varmı? Coğrafi mövqeyiniz sektordakı mövqeyinizə nə dərəcədə təsir edir?

Əlbəttə ki, neft ölkəsi olmaq mineral yağ istehsalçısı üçün böyük bir üstünlükdür. Bəzi məhsullarda yerli baza yağı ilə idxal baza yağının qarışdırılması nəticəsində həm münasib qiymətə, həm də yüksək keyfiyyətli məhsul əldə edə bilirik. Coğrafi mövqeyimiz qonşu ölkələrə ixrac etmək üçün çox əlverişlidir. Xüsusilə son vaxtlar istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəyə ixracatda iqtisadi üstünlük və rahatlıq təmin edir.

Bundan sonrakı planlarınız nələrdir?

Gələcəkdəki işlərimizi iki istiqamətdə davam etdirməyi planlaşdırırıq. Birincisi, münasib qiymət, yüksək keyfiyyət və məhsulların müştərinin qapısında təslim edilməsi şərtilə satışlarımızı davam etdirəcəyik. İkincisi isə müəssisəmizin gücü artırılacaq, ən yüksək standartlara uyğun istehsalımız davam edəcək və orijinal avadanlıq istehsalçısı (OEM) təsdiqləri alınacaq.

SON XƏBƏRLƏR

Aminol ixrac imkanlarını genişləndirir
Aminol ixrac imkanlarını genişləndirir

Aminol sürtkü yağları zavodu 2-4 iyun tarixlərində Bakıda keçirilən "Xəzər …

Daha çox
ALCO – Xəzər Neft və Qaz sərgisində ilk dəfə!
ALCO – Xəzər Neft və Qaz sərgisində ilk dəfə!

ALCO Lubrikant – Azərbaycanın aparıcı sənaye yağları istehsalçısı – ilk …

Daha çox
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin təşəbbüsü ilə …

Daha çox
Sualınızı Whatsapp-da verə bilərsiniz