İyun 07, 2019
® Qatqılar sahəsində Dünya birincisi olan “LUBRIZOL Corporation”-un Şərqi Avropa və MDB ölkələri üzrə direktoru Gottfried A. Pollack, idarəedici direktoru Artemiy Redçenko, və Rusiya üzrə mütəxəssisi Aleksey Tinyakov “AMINOL” şürtkü yağları zavodunun qonağı olmuşdur.
Səfərin əsas məqsədi “LUBRIZOL” ilə “AMINOL”arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.
Səfər zamanı motor yağları istehsalçılarının beynəlxalq və ən əsas, keyfiyyət göstəricisi olan API (American Petroleum İnstitute) sertifikatının alınması üçün “AMINOL” sürtkü yağları zavodunda istehsal edilən yağların “LUBRIZOL”-un laboratoriyalarında sınaqdan keçirilməsini öz öhdəsinə götürüb.
Bundan əlavə, Lubrizol şirkətinin istehsal etdiyi yeni Heavy Duty Engine Oil (HDDEO) qatqılarının təqdimatı keçirilib. “AMINOL”həmin qatqılardan istifadə edərək yağlar istehsal edəcək. Bu yeni nəsil dizel və benzin mühərriklərində yanacağa qənaət edilməsinə, yürüş məsafəsinin 30,000 km-dən çox olmasına, mühərriklərin uzun ömürlü olmasına və saz vəziyyətdə saxlanmasına xidmət etməklə yanaşı, ətraf mühitin qorunması, xüsusilə havanın çirklənməsinin qarşısını alacaqdır.
Bütün bunlardan əlavə, “AMINOL” ILSAC (Beynəlxalq Sürtkü Yağları Standartlaşdırma və Təsdiq Komitəsi) və OEM (Orijinal avtomobil istehsalçıları)** sertifikatlarının alınması istiqamətində iş aparmaqdadır.
Aminol sürtkü yağları zavodu 2-4 iyun tarixlərində Bakıda keçirilən "Xəzər …
Daha çoxALCO Lubrikant – Azərbaycanın aparıcı sənaye yağları istehsalçısı – ilk …
Daha çoxDəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin təşəbbüsü ilə …
Daha çox