AMINOL bu dəfə “Qarabağ Dirçəliş Fondu”na ianə etdi

Fevral 25, 2021

AMINOL bu dəfə “Qarabağ Dirçəliş Fondu”na ianə etdi

Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük hissəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, döyüş meydanlarında Azərbaycan ordusunun şücaəti və diplomatik danışıqlar yolu ilə düşmən tapdağından azad edilib.

Azərbaycan ordusu döyüşlərdə 3000-dən çox şəhid verib və  10 mindən çox qazimizin müalicəyə ehtiyacı var. Şəhidlərimizə Allahdan rəhmət diləyir,  qazilərimizə isə can sağlığı arzu edirik.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu” yaradılıb. 

AMINOL ailəsi vətənpərvərlik borcunu yerinə yetirərək bir daha "Qarabağ Dirçəliş Fondu”-na 20 000 manat ianə edib.

AMINOL  bundan əvvəl “Silahlı Qüvvələr Yardım Fondu”, “YAŞAT” fonduna, “Koronavirusla (COVID-19) Mübarizə” Fonduna  ianələr etməklə dövlətə və vətəndaşlarımıza  dəstək olaraq öz vətənpərvərlik borcunu yerinə yetirməklə davam etdirir.

“AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsal edilir.

SON XƏBƏRLƏR

Aminol ixrac imkanlarını genişləndirir
Aminol ixrac imkanlarını genişləndirir

Aminol sürtkü yağları zavodu 2-4 iyun tarixlərində Bakıda keçirilən "Xəzər …

Daha çox
ALCO – Xəzər Neft və Qaz sərgisində ilk dəfə!
ALCO – Xəzər Neft və Qaz sərgisində ilk dəfə!

ALCO Lubrikant – Azərbaycanın aparıcı sənaye yağları istehsalçısı – ilk …

Daha çox
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin təşəbbüsü ilə …

Daha çox
Sualınızı Whatsapp-da verə bilərsiniz