“ALCO” MMC tərəfindən istehsal edilən məhsulun 90 faizdən çox hissəsi ixrac olunub

November 27, 2024

“ALCO” MMC tərəfindən istehsal edilən məhsulun 90 faizdən çox hissəsi ixrac olunub
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 27 faizdən çox, yəni 105,5 milyon manatlıq məhsul istehsal olunub. İZİA-dan bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26 faiz artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib. İnvestisiya dəyəri 15 milyon dollar olan müəssisədə hazırda 178 nəfərlik daimi iş yeri yaradılıb. Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur.

SON XƏBƏRLƏR

We Are Heading to Automechanika Frankfurt 2026: Discover Next-Generation Lubricant Solutions from Aminol

We are proud to announce that Aminol, a leading international lubricant …

We Are Heading to Automechanika Frankfurt 2026: Discover Next-Generation Lubricant Solutions from Aminol

Daha çox
A New Era in Engine Protection and Efficiency

In the spring of 2025, Aminol introduced API SQ-compliant engine …

A New Era in Engine Protection and Efficiency

Daha çox


© 2025 ALCO MMC. Bütün hüquqlar qorunur.

Şərtlər və Qaydalar - Məxfilik Siyasəti