facebook pixel

AMINOL bu dəfə “YAŞAT” Fonduna ianə etdi

Yanvar 18, 2021

AMINOL bu dəfə “YAŞAT” Fonduna ianə etdi
Azərbaycan Respublikası son vaxtlar müstəqillik dövrünün ən qürurlu günlərini yaşayır. 28 il Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük hissəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, döyüş meydanlarında Azərbaycan ordusunun şücaəti və diplomatik danışıqlar yolu ilə düşmən tapdağından azad edilib. Azərbaycan ordusu döyüşlərdə 3000-dən çox şəhid verdi və minlərlə qazimizin müalicəyə ehtiyacı var. Şəhidlərimizə Allahdan rəhmət diləyir,  qazilərimizə isə can sağlığı arzu edirik.

Bundan əlavə  bir ilə yaxındır ki, dünyada tüğyan edən Koronavirus pandemiyası (Covid-19) Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirini  göstərmişdir. Bütün çətinliklərə baxmayaraq xalqın Azərbaycan Respublikası Prezidentinin ətrafında olduqca sıx birləşməsi dövlətimizin daha da güclü olmasına, yaranmış vəziyyətdə hər bir vətəndaşın üzərinə düşəni etməsi çox müsbət və vacib faktdır.

Mövcud pandemiya və müharibə dövründə “ALCO” MMC-nin AMINOL sürtkü yağları zavodununu  əmək kollektivi də öz dəstəyini əsirgəmədi.  Belə ki, AMINOL “Koronavurisla (Covid-19)  mübarizə” Fondu” və “Silahlı Qüvvələr Yardım Fondu”-na mütəmadi yardımlar etdi.**

Azərbaycan Respublikasının Şanlı zəfər müharibəsi dövründə arxa cəbhədə maddi, mənəvi dəstəklə yanaşı, “AMINOL-un 3 əməkdaşı Ali Baş Komandanın çağırışına səs verərərək, könüllü ordu sıralarına yazıldı və ön cəbhədə döyüşdü.

 AMINOL şəhid ailələrinə dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianələr etməklə dövlətə dəstək və vətənpərvərlik borcunu yerinə yetirməklə davam etdirir.

SON XƏBƏRLƏR

Aminol Premium Avtomobil Yağları INA PAACE Automechanika Mexico 2025-də nümayiş olundu

Mexico City, 16–18 iyul 2025 – Latın Amerikasının avtomobil sənayesində …

Aminol Premium Avtomobil Yağları INA PAACE Automechanika Mexico 2025-də nümayiş olundu

Daha çox
Aminol ixrac imkanlarını genişləndirir

Aminol sürtkü yağları zavodu 2-4 iyun tarixlərində Bakıda keçirilən "Xəzər …

Aminol ixrac imkanlarını genişləndirir

Daha çox
Sualınızı Whatsapp-da verə bilərsiniz Whatsapp icons