AMINOL bu dəfə “Qarabağ Dirçəliş Fondu”na ianə etdi
February 25, 2021
Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük hissəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, döyüş meydanlarında Azərbaycan ordusunun şücaəti və diplomatik danışıqlar yolu ilə düşmən tapdağından azad edilib.
Azərbaycan ordusu döyüşlərdə 3000-dən çox şəhid verib və 10 mindən çox qazimizin müalicəyə ehtiyacı var. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirik.
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu” yaradılıb.
AMINOL ailəsi vətənpərvərlik borcunu yerinə yetirərək bir daha "Qarabağ Dirçəliş Fondu”-na 20 000 manat ianə edib.
AMINOL bundan əvvəl “Silahlı Qüvvələr Yardım Fondu”, “YAŞAT” fonduna, “Koronavirusla (COVID-19) Mübarizə” Fonduna ianələr etməklə dövlətə və vətəndaşlarımıza dəstək olaraq öz vətənpərvərlik borcunu yerinə yetirməklə davam etdirir.
“AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsal edilir.
SON XƏBƏRLƏR
Many drivers still rely on outdated assumptions about …
Myths and Facts about Engine Oils
Daha çox
Aminolda biz sizi yalnız mühərrik yağları ilə təmin etmirik - …
Mühərrikdən əyləc sisteminədək - Aminol hər detalın qayğısına qalır
Daha çox
Aminol sürtkü yağlarında baza yağı hər bir formulun …