MENU

Logistika mütəxəssisi

Logistika mütəxəssisi

“ALCO” MMC Azərbaycan Respublikasında ən müasir alman texnologiyası ilə sürtkü yağları və texniki mayelərin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar "Made in Azerbaijan" nişanı ilə 50-dən çox ölkəyə ixrac olunur.
Vəzifə: Logistika mütəxəssisi
Vəzifə öhdəlikləri:
• Beynəlxalq və yerli yük daşımalarının təşkili və koordinasiyasını həyata keçirmək;
• Şirkətin logistika fəaliyyətinin müvafiq qanunvericilik aktlarının (yerli və beynəlxalq) tələblərinə uyğunluğunu təmin etmək;
• Logistika əməliyyatları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və risklərin minimallaşdırılması üçün tədbirlər görmək;
• Daşımaların optimal marşrutlarını müəyyənləşdirmək;
• Nəqliyyat şirkətləri ilə danışıqlar apararaq müəyyənləşdirilmiş marşrutlar üzrə qiymət təklifləri almaq və həmin şirkətlərlə müqavilə şərtlərini razılaşdırmaq;
• Yol-nəqliyyat sənədlərini hazırlamaq;
• Daşınmaların statusu ilə bağlı sorğuları cavablandırmaq;
• Daşınan yükləri izlənmək və yaranan problemlərin vaxtında aradan qaldırmaq;
• Daşınan yüklərin çatdırılma ünvanında aktla təhvil verilməsi təmin etmək;
• Görülən işlərlə bağlı dövri hesabatlar hazırlamaq.
Namizədə tələblər:
 Təhsil: Ali bakalavr (iqtisadiyyat, logistika, biznesin təşkili və idarə edilməsi, menecment və digər əlaqəli sahələrdə)
 Yaş həddi: 22-35
 Dil bilikləri: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
 Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə
 Xüsusi biliklər: “Incoterms” qaydaları
Davranış səriştələri:
• Riyazi düşüncə və analitik təhlil
• Ünsiyyət və komanda ilə işləmə;
• Problem həlletmə və detallara diqqətlə yanaşma;
• Dəqiqlik, operativlik və nəticəyönümlülük;
• Məsuliyyət və təşəbbüskarlıq.
Son müraciət tarixi: 30.10.2024-cü il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-ləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.