MENU

Mühasib

Mühasib

“ALCO” MMC Azərbaycan Respublikasında ən müasir alman texnologiyası ilə sürtkü yağları və texniki mayelərin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar "Made in Azerbaijan" nişanı ilə 50-dən çox ölkəyə ixrac olunur.
Vəzifə: Mühasib
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu və vergi uçotu üzrə ilkin sənədləşmənin təşkili (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alqı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının və üzləşmə aktlarının tərtib edilməsi);
• Göndərilən e-qaimələrin (satış və geri qaytarma) yazılması, gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
• Onlayn kargüzarlıq vasitəsilə dövlət vergi orqanları və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması;
• Bank və kassa əməliyyatlarının icrası, ƏDV deposit hesablarından ödənişlərin həyata keçirilməsi;
• İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı müvafiq əməliyyatların aparılması, habelə həmin əməliyyatlara dair zəruri sənədləşmənin təşkil olunması (o cümlədən sığorta, son haqq-hesab, məzuniyyət və.s);
• Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə, DSMF-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilən hesabatların hazırlanması və aidiyyəti üzrə göndərilməsi;
• Rəhbərliyin görülən işlər və onların nəticələri barədə müntəzəm məlumatlandırılması.
Namizədə tələblər:
 Təhsil: Ali bakalavr (maliyyə, mühasibat uçotu, audit və digər əlaqəli sahələrdə)
 Yaş həddi: 22-35
 Dil bilikləri: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
 Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan (xüsusilə Excel) sərbəst istifadə
 Xüsusi biliklər:
• Maliyyə hesabatlarını (Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik haqqında hesabatlar) tərtibi ilə bağlı məlumatlı olmaq (İkili yazılışı bilmək mütləqdir);
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər sahəvi normativ hüquqi aktların müvafiq maddələri haqqında məlumatlı olmaq;
Davranış səriştələri:
• Riyazi düşüncə və analitik təhlil
• Ünsiyyət və komanda ilə işləmə;
• Problem həlletmə və detallara diqqətlə yanaşma;
• Dəqiqlik, operativlik və nəticəyönümlülük;
• Məsuliyyət və təşəbbüskarlıq.
Son müraciət tarixi: 30.10.2024-cü il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-ləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.